Tarix: 27-08-2024 | Saat: 07:12
Bölmə:Karusel / Dünya | çapa göndər
Vaşinqton enerji infrastrukturunu təmir etmək və onun dayanıqlılığını artırmaq üçün Kiyevi lazımi avadanlıqla təmin edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə avqustun 26-da ABŞ prezidenti Co Bayden məlumat verib.
“Birləşmiş Ştatlar, həmçinin Ukraynanın enerji sistemlərini təmir etmək və Ukrayna enerji şəbəkəsinin dayanıqlılığını artırmaq üçün aktiv şəkildə bu ölkəni avadanlıqla təmin edir”, - deyə Bayden bildirib.
O, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada kritik əhəmiyyətli enerji infrastrukturu obyektlərinə endirdiyi kütləvi zərbələri də pisləyib.
“ABŞ Ukraynaya dəstək verən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək. Bu koalisiya Ukraynanı mühüm hərbi texnika, o cümlədən hava hücumundan müdafiə raketləri və müxtəlif növ raketlərlə təmin edir”, - deyə o bildirib.
Digər xəbərlər