Saytımızı qiymətləndirin


 
 

Yol qəzalarının əsas səbəbi sürət həddidir - DYP
Tarix: 09-01-2024 | Saat: 11:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yol qəzalarının əsas səbəbi sürət həddidir - DYP

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dəfərlərlə media subyektlərində, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, bunun nəticəsində də arzuolunmaz hadisələr baş verir: "Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa, sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarəeilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərdən yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etmələrini tövsiyə edirik”.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər
26-10-2021, 10:30 Türkiyə şəhid verdi