Saytımızı qiymətləndirin


 
 

“Rusiyada yoxsulluğun səviyyəsi tarixi minimuma düşəcək”- PUTİN
Tarix: 21-12-2023 | Saat: 17:56
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

“Rusiyada yoxsulluğun səviyyəsi tarixi minimuma düşəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, bu göstərici tamamilə sıfıra endirilməlidir.

“Ümumiyyətlə, bu söz çox yaxşı deyil – yoxsulluq, amma buna baxmayaraq, belə göstəricilər mövcuddur. 2023-cü ildə tarixi minimum olacaq. Ancaq hələ də yoxsulluq həddində yaşayan insanlar üçün bu boş bir ifadədir. Biz bu rəqəmi minimuma endirməli, sıfıra nail olmalıyıq”, – Putin qeyd edib.

Rusiya lideri qeyd edib ki, əmək məhsuldarlığının, iqtisadiyyatın və sosial sahənin səmərəliliyinin artırılması, rəqəmsal idarəetmə həllərinin avtomatlaşdırılması, süni intellekt texnologiyalarının geniş tətbiqi lazımdır.

Putin həmçinin hökumət qarşısında təhsil müəssisələrinin motivasiya sistemini qurmaq, onların rəhbərliyinin səmərəliliyini qiymətləndirmək vəzifəsini qoyub ki, əmək bazarında tələb olunan dəqiq sahələr üzrə mütəxəssislər hazırlamaq onların maraqlarına uyğun olsun.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər