Saytımızı qiymətləndirin


 
 

Evə basqın edən qadınlara hökm oxundu
Tarix: 21-02-2022 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda evə basqın edən qadınlar - Səma Əsədova və Dilək İbrahimovaya hökm oxunub, onlar 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

 

Qeyd edək ki, hadisə 2021-ci ilin mayında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

 

Belə ki, Gəncə şəhər sakini S.Əsədova və paytaxt sakini D.İbrahimova Maştağada yaşayan vətəndaşın bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

 

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

 

Əməliyyat-axtarış tədbiri nəticəsində onlar saxlanılıb. Hər iki şəxs törətdikləri hadisəni etiraf edib.

 

Hadisə zamanı S.Əsədova və D.İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.



Xəbəri paylaş

250 dəfə oxunub.

Digər xəbərlər