Saytımızı qiymətləndirin


 
 

Güclü külək əsəcək, yağış və qar yağacaq - Sabahın havası
Tarix: 23-11-2023 | Saat: 13:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Güclü külək əsəcək, yağış və qar yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında noyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Şimal-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaq.

 


Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər