Saytımızı qiymətləndirin


 
 

Arşakyan: Azərbaycanla yeni müharibə, Şuşanı işğal... 
Tarix: 13-06-2022 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Bu gün Köçəryan, Sərkisyan və onların komandaları Paşinyanı yıxmaq üçün məqam axtarır. Müxalifət 10 noyabr bəyanatını ləğv etməyə çağırır və hakimiyyətə gələrsə, bunu edəcəyinə söz verir. Başqa sözlə, Azərbaycana qarşı müharibəyə başlamağı vəd edirlər, Şuşanı yenidən ələ keçirəcəklərindən dəm vururlar. Amma bunu necə edəcəklərini söyləyə bilmirlər. Əslində onlar bu şüarlarla ancaq cəmiyyətdəki tərəfdarlarını radikal addımlar atmağa sövq edirlər.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“Paşinyan və komandası ölkəni xilas etməkdənsə, siyasi rəqibləri ilə haq-hesab çəkməklə məşğuldur. Ermənistan əhalisi xoşbəxt gələcəyinə inanmayaraq ölkəni tərk etməkdə davam edir. Çox təhlükəli vəziyyət yaranıb. Bu gün ölkədə hər şey hamının əleyhinədir. Bu, sözün əsl mənasında hədsiz nifrətlə qaynayan sosial şəbəkələrdə özünü daha qabarıq şəkildə büruzə verir”, - o bildirib.

 



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər
8-01-2021, 10:06 Neft bahalaşdı