Saytımızı qiymətləndirin


 
 

“Rusiya Ukrayna ilə danışıqların davam etdirilməsində maraqlıdır”
Tarix: 09-03-2022 | Saat: 15:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Rusiya Ukrayna ilə danışıqların davam etdirilməsində maraqlıdır”

“Rusiya tərəfi Ukrayna ilə danışıqların davam etdirilməsində maraqlıdır və marağını saxlayır”.

Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Ukraya tərəfi hazır olduqda tezliklə təmasların yeni raundlarının keçirilməsində maraqlıdır.

Peskov həmçinin martın 10-u Rusiya və Ukrayna XİN rəhbərləri Sergey Lavrov və Dmitri Kuleba arasında planlaşdırılan görüşü çox vacib adlandırıb: “Bu danışıqlar prosesinin davamıdır və çox vacibdir. Qabağa qaçmayaq, görüşü gözləyək”. 

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatdan sonra tərəflər arasında üç danışıq prosesi baş tutub. Tərəflər arasında birinci danışıq fevralın 28-i Belarusun Qomel şəhərində, ikincisi martın 3-ü Belarusun Brest vilayətində, üçüncü isə martın 7-si Belarusda Belovejskaya Puşça adlı ərazidə keçirilib.



Xəbəri paylaş

269 dəfə oxunub.

Digər xəbərlər