Tarix: 28-11-2023 | Saat: 17:35
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya prezidenti Vladimir Putin deputat və senatorların köməkçiləri, hakimlər, prokurorlar və müstəntiqlər də daxil olmaqla, dövlət qulluqçularının 2025-ci il yanvarın 1-dək maaş artımı ala bilməyəcəyi qanunu imzalayıb.
Qarabaqinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qərar hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təsir etməyəcək.
Rusiya hökuməti 2024-cü ildə maaşların indekssizləşdirilməsini təklif edib və Dövlət Duması tərəfindən birinci oxunuşda təsdiqlənən qanun layihəsinin ilkin variantında bütün kateqoriyaların, o cümlədən hərbçilərin də maaşlarının dondurulması nəzərdə tutulurdu.
O da məlum olub ki, noyabrın 28-də Putin federal büdcəni təsdiqləyib. Büdcə qanununa əsasən 2024-cü ildə müdafiə və təhlükəsizlik sahəsinə rekord məbləğdə - 14,1 trilyon rubl ayrılacaq.
Bu o deməkdir ki, ölkənin 36,66 trilyon rubla bərabər olan ümumi büdcəsinin demək olar ki, 40%-i güc strukturlarının maliyyələşdirilməsinə gedəcək.
Digər xəbərlər