Saytımızı qiymətləndirin


 
 

Paşinyan Putini Brüssel görüşü barədə məlumatlandırıb
Tarix: 09-04-2022 | Saat: 15:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Nikol Paşinyan, Vladimir Putin

 

Aprelin 9-da Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər Qarabağda qeydə alınmış son gərginliyi müzakirə ediblər.

N. Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb.

Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd edib.

Vladimir Putin qeyd olunan proseslərə hər cür dəstək verməyə hazır olduğunu bildirib.



Xəbəri paylaş

766 dəfə oxunub.

Digər xəbərlər