Saytımızı qiymətləndirin


 
 

“SİMA İmza” tətbiqinin istifadəçi sayı 500 mini ötüb
Tarix: 23-11-2023 | Saat: 10:16
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

“SİMA İmza” tətbiqinin istifadəçi sayı 500 mini ötüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin hazırladığı “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 500 mini ötüb.

Qarabaginfo.az RİNN-ə istinadən xəbərinə görə, “SİMA İmza” sayəsində artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulub. Bununla da dünyanın istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir Azərbaycan vətəndaşı və fərdi sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlarımız olduğu yerdən elektron xidmətlərdən yararlana bilir.

Qeyd edək ki, “SİMA İmza” mobil tətbiqini yükləyib qeydiyyatdan keçən hər bir vətəndaş rəqəmsal imza sertifikatını ödənişsiz olaraq əldə edir.

Xatırladaq ki, “SİMA İmza” ilə hazırda 30-a yaxın qurum öz xidmətlərini rəqəmsallaşdırıb. SİMA rəqəmsal imza ilə 80-dən artıq dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən çox qurumla SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası davam etdirilir.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər