Saytımızı qiymətləndirin


 
 

“Zelenskiyə ehtiyac yoxdur…Müharibə Rusiyanın günahı deyil” –Trampdan yeni ittihamlar
Tarix: 21-02-2025 | Saat: 21:25
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ən çox pul Amerikadadır
Ən çox pul Amerikadadır

“Ukrayna prezidenti Vladimir Zelenskinin müharibəni bitirməklə bağlı ruslarla danışıqlarda şəxsən iştirak etməsinə ehtiyac yoxdur”.

Qarabaginfo.az bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Fox News radiosuna müsahibəsində deyib.

“O, Səudiyyə Ərəbistanı ilə keçirdiyimiz görüşdə olmadığından şikayətlənir. Zelenski nə etdiyini bilməyən bir prezidentlə (ABŞ-ın əvvəlki prezidenti Co Bayden) üç il ərzində görüşlərdə idi. O, üç il idi ki, iclaslara qatılırdı, amma heç nə alınmamışdı. Ona görə də onun bu görüşlərdə olmasının vacib olduğunu düşünmürəm”, – Donald Tramp Fox News radiosunda deyib.

Tramp iddia edir ki, Vladimir Zelenski çox zəif danışıqçı olub. Amerika liderinin sözlərinə görə, Zelenskinin danışıqlar üçün əlində “kozur kartı” yoxdur.

“Hər dəfə deyirəm ki, bu, Rusiyanın günahı deyil, həmişə feyk -medianın hücumuna məruz qalıram. Amma sizə deyirəm ki, Bayden də, Zelenski də yanlış sözlər deyib. Onlara daha böyük və daha güclü birisi hücum edib. Bu pisdir və edilməməlidir. Lakin Rusiyanı bu fikirdən vaz keçməsinə asanlıqla inandırmaq olardı. Müharibə olmamalı idi”, – Tramp bildirib.

ABŞ prezidenti etiraf edib ki, Rusiya Ukraynaya heç bir səbəb olmadan hücum edib. Eyni zamanda o, təkid edir ki, Rusiya ilə razılıq əldə olunsaydı, bu müharibə baş verməzdi.

Tramp həmçinin deyib ki, Putinlə çox yaxşı danışıqlar aparsa da Ukrayna ilə danışıqlar o qədər də yaxşı olmayıb.  Tramp iddia edir ki, Kiyev sərtliyini yalnız sözlə göstərə bilir, lakin onun əlində kozırlar yoxdur.

Ağ Evin rəhbəri əlavə olaraq Avropanı “heç nə etməməkdə” ittiham edib.

Tramp həmçinin Ukraynanın mineral ehtiyatları  ilə bağlı tez bir zamanda razılığın əldə olunmamasından məyus olduğunu bildirib.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər