Saytımızı qiymətləndirin


 
 

Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyir
Tarix: 06-12-2023 | Saat: 10:00
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikmək istəyir

Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan “Spuntik Armenia”ya müsahibəsində bildirib.

Qaleçyanın sözlərinə görə, mövcud olan körpünün tutumu iki ölkə arasında artan yük daşımalarına artıq uyğun gəlmir:

“Mütəxəssislər körpünün növbəti mərhələdə layihələndirilməsi üçün texniki-iqtisadi araşdırmalar aparılır. Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”.

Nazir müavini yeni körpünün mövcud körpüyə mövcud körpüyə paralel tikiləcəyi variantını da istisna etməyib.

Qaleçyan ,"Şimal-Cənub magistralının cənubunda, Ermənistanın İranla həmsərhəd olan Sünik vilayətinin Aqarak kəndindən Qacaran şəhərinə qədər olan hissəsinin tikintisi ilə bağlı bildirib ki, işlərin aktiv mərhələsinin gələn il fevralda başlayacağı ehtimal olunur.



Xəbəri paylaş

143 dəfə oxunub.

Digər xəbərlər