Saytımızı qiymətləndirin


 
 

Baş prokurorun müavini: 50 vakant yer üzrə 136 namizəd yazılı imtahanda iştirak edib
Tarix: 15-11-2023 | Saat: 15:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş prokurorun müavini: 50 vakant yer üzrə 136 namizəd yazılı imtahanda iştirak edib - YENİLƏNİB

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Azərbayсan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti prokurorluq orqanlarında da davam etdirilməklə, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr korpusunun yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş gənc hüquqşünaslar hazırda prokurorluğun kadr korpusunun 88.3 faizini təşkil etməklə, onların yarısından çoxu yuxarı təsnifat üzrə, o cümlədən bir qismi rəhbər vəzifələrə irəli çəkilib.

Noyabrın 15-də prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 136 namizəd (o cümlədən 29 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimailəşdiriləcək, eyni zamanda bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) məlumat yerləşdiriləcək.

 



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər