Saytımızı qiymətləndirin


 
 

Əfv siyahısı Prezidentə nə vaxt təqdim olunacaq? - AÇIQLAMA
Tarix: 05-05-2023 | Saat: 17:23
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Əfv siyahısı Prezidentə nə vaxt təqdim olunacaq? - AÇIQLAMA

 

Əfv siyahısının hazırlanıb Pezidentə təqdim edilməsi üçün texniki işlər gedir.

 

Bunu Qarabaqinfo.az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, iclaslarda iki mindən artıq müraciətə baxılıb:

 

“Prezident yanında Əfv Komissiyası yanvarın 12-dən öz iclasına başlayıb. Sonuncu - 11-ci iclasımızı aprelin 27-də keçirdik. Bu iclaslarda bütövlükdə iki mindən artıq müraciətlərə baxılıb, müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul olunub. İclaslar prülarizm şəraitində keçib. Komissiyanın sədri tərəfindən çox yaxşı müzakirə mühiti yaradılıb. Hər bir müraciətlə bağlı obyektiv və hərtərəfli müzakirə aparılıb. Demək olar ki, iclaslarımız yekunlaşıb. Artıq məsələnin texniki tərəfi qalır. Sənədlərin hazırlanıb, cənab Prezidentə təqdim edilməsi ilə bağlı işlər gedir”.

 

 

Ə.Nuriyev builki sərəncamdan gözləntilərin böyük olduğunu qeyd edib:

 

“Bütövlükdə iclaslarda 55 saat işlədik. Bu da məsələlərə yanaşmada obyektivliyin göstəricisi ola bilər. Bu il Azərbaycan xalqının Əfv Sərəncamından gözləntiləri böyükdür. Cənab Prezident bu ili “Heydər Əliyev İli” elan edib. Bu istiqamətdə tədbirlər həyata keçirilir və keçiriləcək. Əfv hüququnun Konstitusiyaya daxil edilməsi məhz Ümumilli Liderin təşəbbüsü ilə olub. Ümumilli Liderin 100 illiyi ilə əlaqədar olaraq əhali böyük Əfv Sərəncamı gözləyir. Cənab Prezident öz fəaliyyətində həmişə humanizm, sosial ədalət prinsiplərindən çıxış edir. Çoxsaylı fərmanlar, qərarlar bunun göstəricisidir. 1995-ci ildən bəri 68 əfv sərəncamı imzalanıb. 8983-dən çox məhkum cəzasının qalan hissəsindən azad edilib, yaxud cəzası yüngülləşdirlib. Cənab Prezident qarşıda 69-cu əfv sərəncamını imzalayacaq. Onun yenə də yüzlərlə insanı sevindirəcəyinə ümid edirik”.

 

Əfv sərəncamının mayın 10-da imzalanacağı barədə fikirlərə gəlincə, komissiya üzvü bu məsələnin Prezidentin səlahiyyətində olduğunu söyləyib.

 


Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər
30-03-2022, 19:11 Puşkin həbs OLUNDU