Saytımızı qiymətləndirin


 
 

Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir - NAZİR
Tarix: 06-11-2023 | Saat: 15:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir - NAZİR

Ermənistanın Azərbaycana qarşı ardıcıl qarayaxma kampaniyası aparması sülhə xidmət etmir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Buxarestdə rumıniyalı həmkarı Luminica Odobesku ilə görüşdə deyib.

 

C.Bayramov ölkəmizin 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.

 

O, Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyini bildirib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər