ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və dövlət katibi Marko Rubio ABŞ lideri Donald Trampın Rusiyaya qarşı kursunu yenidən nəzərdən keçirməsinə həlledici təsir göstərib.
Qarabaginfo.az bildirir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti ABŞ Konqresindəki üç mənbəyə istinadən məlumat yayıb.
Onlar deyiblər ki, sərt xətt tərəfdarı respublikaçı elita xadimləri Ağ Ev rəhbərini Moskvaya qarşı daha sərt mövqe tutmağa inandırmaq üçün aylardır pərdə arxasında çalışırlar. Qeyd olunur ki, bu səylərdə əsas rolu Kelloqq oynayıb. O, Ukrayna münaqişəsi ilə bağlı ABŞ prezidentinin xüsusi elçisi vəzifəsindən kənarlaşdırılmışdı. Əvəzində Stiven Vitkoff təyin olunmuşdu. Vitkoff isə İranla nüvə danışıqlarında “bataqlığa düşüb”.
Bir mənbə Kellogg’un “son vaxtlar yüksəlişdə olduğunu” qeyd edib. “O və Rubio Moskva ilə bağlı yeni yanaşmaya təkan verir”, -deyə mənbə əlavə edib.
İyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Avropanın bu cür tədarükü ödəyəcəyi təqdirdə Kiyevə silah və hərbi texnika ötürməyə davam etmək qərarına gəlib. NATO bu prosesi koordinasiya edəcək. CNN mənbələrə istinadən xəbər verir ki, ABŞ “Patriot” sistemlərindən əlavə, yaxın mənzilli raketləri və haubitsalar üçün sursatları da sonradan Ukraynaya çatdırmaq üçün NATO ölkələrinə ötürə bilər.