Saytımızı qiymətləndirin


 
 

Kremldən Paşinyanın çıxışına REAKSİYA: Bəyənilən deyil!
Tarix: 26-10-2023 | Saat: 14:04
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kremldən Paşinyanın çıxışına REAKSİYA: Bəyənilən deyil!

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın “The Wall Street Journal” nəşrinə müsahibəsində dediyi fikirlərə münasibər bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, Kremlin Paşinyanın dediklərinə aydınlıq gətirəcəyinə ümid etdiyini bildirib.

 

Peskov vurğulayıb ki, Rusiya Ermənistanla təmaslarında Paşinyanın təhlükəsizlik sektorunda diversifikasiya ilə bağlı sözlərinə aydınlıq gətirəcəyinə ümid edir.

 

Kremlin mətbuat katibinin sözlərinə görə, Rusiya və Ermənistan arasında dialoqun müxtəlif nəşrlər, xüsusilə “The Wall Street Journal” vasitəsilə saxlanması bəyənilən deyil.

 

“Ona görə də biz erməni dostlarımızla söhbətimizi, dialoqumuzu davam etdiririk və bundan sonra da davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”, - o qeyd edib.

 

Peskov vurğulayıb ki, Bakı və İrəvana sülh sazişi bağlamağa kömək etmək cəhdləri davam edir, bu, regionda vəziyyəti sabitləşdirmək üçün lazımdır.

 

Qeyd edək ki, dünən Amerika nəşri Ermənistanın baş naziri ilə müsahibə dərc edib. Paşinyan müsahibə zamanı bildirib ki, Rusiya hərbi bazalarının Ermənistanda davam etməsində heç bir üstünlük görmür.

 

Baş nazir vurğulayıb ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya “müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməyib”. 

 

 



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər