Saytımızı qiymətləndirin


 
 

Bakıda keçirilən Konfransın iştirakçıları Prezident İlham Əliyevə təşəkkür ünvanlayıb
Tarix: 20-10-2023 | Saat: 17:45
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” Konfransının iştirakçıları Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Təşəkkür məktubunda deyilir:

“Biz, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 20 oktyabr 2023-cü il tarixində Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” Konfransının iştirakçıları Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına səmimi və mehriban qonaqpərvərliyinə görə dərin minnətdarlığımızı bildiririk.

Konfrans iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bizə etdiyi müraciəti yüksək qiymətləndirir, Zati-alilərinə ədalət və azadlıq uğrunda apardığımız haqlı işimizdə bizə göstərdiyi ardıcıl dəstəyə görə təşəkkür edirik.

Həmçinin, Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının təməl prinsiplərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsində təsbit olunan məqsəd və prinsiplərə sadiqliyini yüksək səviyyədə təqdir edirik.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımları, xüsusilə kolonializmə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq.

Azərbaycan Respublikasının ədalətli beynəlxalq nizama əsaslanan dünya düzəninin bərqərar olması istiqamətindəki səylərini bəyənirik. Bu baxımdan 2023-cü ilin iyul ayında dekolonizasiya üzrə “Bakı Prosesi”nin təməlinin qoyulması, bu proses çərçivəsində qısa müddət ərzində mötəbər tədbirlərin keçirilməsi dekolonizasiya üzrə səmərəli işin aparılmasına, ədalət səsimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına verdiyi töhfəni yüksək qiymətləndiririk.

Biz əminik ki, birgə apardığımız haqlı mübarizə və bu xüsusda dünya ictimaiyyətinin artan tələbləri nəticəsində dekolonializmlə bağlı zəruri addımların atılmasına və doğal haqqımız olan hüquq və azadlıqlarımızın təmin edilməsinə kömək edəcək.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə bu ilin iyulunda Bakıda və sentyabrında Nyu-Yorkda keçirilmiş tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqelərimizin doğruluğunu və aktuallığını təsdiqləyirik.

Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan Sosialist və Milli KANAK azadlığı cəbhəsi (FLNKS) Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Respublikasının Prezidentindən Yeni Kaledoniyada müstəqillik uğrunda 12 dekabr 2021-ci ildə keçirilmiş 3-cü referendumun nəticələri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin rəyinin (advisory opinion) alınmasında dəstək göstərilməsini xahiş edir”.



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər