Tarix: 16-10-2023 | Saat: 14:10
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu il artıq Azərbaycandakı ABŞ səfirliyinin fəaliyyətə başlamasının 31-ci ili tamam olur. ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti isə ötən ilin iyul ayında başa çatıb.
Litzbergerin ölkəmizi tərk etməsindən artıq bir ildən artıq vaxt keçməsinə baxmayaraq, ABŞ Azərbaycana yeni səfir təyin etməyib. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Co Bayden Mark Libbi adlı diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq, bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.
Hazırda isə səfirin vəzifəsini müvəqqəti işlər vəkili Hüqo Qevara icra edir. Son günlər səfirliyin sosial şəbəkə hesablarında isə Qevaranın postunda olmadığı müşahidə olunur. Bu vəzifənin Nordberq tərəfindən icra edildiyi bildirilir.
Amerikanın Azərbaycanda müvəqqəti işlər vəkilini dəyişib-dəyişməməsi sual doğurur.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Amerikanın Azərbaycandakı səfirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvəqqəti işlər vəkili hazırda qısa müddətliyinə xaricdə səfərdədir:
“Müvəqqəti işlər vəkili Hüqo Qevara qısa müddətə ölkədən kənardadır. Müvəqqəti işlər vəkili vəzifəsini hələlik Nordberg icra edir”.
Digər xəbərlər