Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib.
Qasrabaginfo.az xəbər verir ki, 0, Rusiya prezidentinin keçdiyi həyat yolunu Vətənə xidmət nümunəsi adlandırıb.
“Seçdiyiniz ömür yolu Vətənə fədakar xidmətin parlaq və inandırıcı nümunəsidir. Sizin vətənpərvərliyiniz, ölkənizin çoxəsrlik tarixi-mədəni irsinə hörmətiniz, onun maraqlarını beynəlxalq aləmdə qətiyyətlə müdafiə etməyiniz xalq tərəfindən layiqincə rəğbət qazanıb”, – Lukaşenko təbrikində bildirib.
O qeyd edib ki, Belarus Putinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.
Belarus lideri həmçinin rusiyalı həmkarına cansağlığı, tükənməz enerji, məqsədlərinə çatmaqda ailəsi, dostları və həmkarlarından dəstək arzulayıb.
Qeyd edək ki, bu gün Rusiya prezidentinin 71 yaşı tamam olur.