Tarix: 11-09-2020 | Saat: 12:14
Bölmə:Karusel / İdman | çapa göndər
Gimnastika növləri üzrə yığma komandaların məşq etdiyi Milli Gimnastika Arenası (MGA) ərazisindəki köməkçi zalın sökülməsinə qərar verilib.
Qarabaginfo.az xəbər verir ki, səbəb onun istifadə müddətini başa vurmasıdır. 2013-cü ildən fəaliyyət göstərən zalın ümumi sahəsi 6 000 kvadratmetrdir.
Xüsusi konstruksiya əsasında quraşdırılmış belə qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar artıq istifadəyə yararsız olur.
Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib. "Report"
Digər xəbərlər