Ana Sayfa > Karusel / İdman > Bakıda gimnastika zalı sökülür

Bakıda gimnastika zalı sökülür


11-09-2020, 12:14. Yazar: Admin

Azərbaycan Gimnastika Federasiyası — Vikipediya

Gimnastika növləri üzrə yığma komandaların məşq etdiyi Milli Gimnastika Arenası (MGA) ərazisindəki köməkçi zalın sökülməsinə qərar verilib.

Qarabaginfo.az xəbər verir ki, səbəb onun istifadə müddətini başa vurmasıdır. 2013-cü ildən fəaliyyət göstərən zalın ümumi sahəsi 6 000 kvadratmetrdir. 

Xüsusi konstruksiya əsasında quraşdırılmış belə qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar artıq istifadəyə yararsız olur.

Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib. "Report" 


Geri dön