KİV: Şimali Koreya Rusiyaya 100-dən çox “M1989 Koksan” artilleriya sistemi göndərəcək
Tarix: 28-01-2025 | Saat: 11:43
Bölmə:Karusel / Dünya | çapa göndər
118 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-01-2025 | Saat: 11:43
Bölmə:Karusel / Dünya | çapa göndər
“Şimali Koreya Rusiyaya 100-dən çox artilleriya sistemi göndərməyi qərarlaşdırıb”.
Qarabaginfo.az xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın “The Telegraph” nəşri çıxış edib.
Nəşrin yazdığına görə, Ukraynanın Hərbi Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanov deyib ki, rəsmi Pxenyan son üç ayda 120 ədəd “M1989 Koksan” sistemini Rusiyanın istifadəsinə verib.
Eyni zamanda Kursk ərazisindəki koreyalı hərbçilərin sayının artırılması da nəzərdə tutulub.
Qeyd edək ki, 40 ton çəkiyə malik “M1989 Koksan” özüyeriyən artilleriya qurğusu 40 kilometrdən çox məsafədəki hədəfi məhv edir.
Bu arada, qərb mənbələri Rusiya-Ukrayna müharibəsində indiyədək Şimali Koreyanın 1000-ə yaxın hərbçisini itirdiyini iddia edir.
Xəbəri paylaş
Digər xəbərlər
27-02-2019, 15:21
Deputatdan TƏKLİF: “Avtomobillərə pərdə qadağası ləğv edilsin”
11-03-2022, 13:17
Prezident iranlı naziri qəbul etdi - Foto
16-11-2017, 10:11
“Elə binalar var ki, bir təpik vursan uçar...” - Qurban Yetirmişli
22-08-2021, 19:45
Gürcüstanın Baş naziri Ukrayna prezidenti ilə görüşüb
11-06-2026, 07:28
BMT haqqında ən böyük mif –Təhlükəsizlik Şurası dünyanı idarə edirmi?
11-06-2024, 12:52
Rüfət Hacıyev vəzifəli şəxsə rüşvət almağa vasitəçilik edib - Ona da cinayət işi açıldı
14-12-2020, 19:46
DİN-dən Kamil Zeynallı saxlanıldı















