Saytımızı qiymətləndirin


 
 

Həccə gedən azərbaycanlı zəvvarların bir qrupu sabah geri dönəcək
Tarix: 18-07-2022 | Saat: 11:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb - Index.az

Sabahdan etibarən Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar geri dönəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, iyulun 19-u və 20-i iki reys olmaqla, zəvvarların geri dönüşü təşkil olunacaq:

“İlk reys sabah Bakı vaxtı ilə 09:30-da Mədinə Beynəlxalq Hava Limanından yola düşəcək və 12:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Sabah ikinci reys isə Bakı vaxtı ilə 19:30-da yola düşəcək və 22:50-də çatacaq. Sabah hər iki reysdə 180 nəfər olmaqla, ümumilikdə 360 zəvvar geri dönəcək. İyulun 20-də də təyyarələr eyni saatda yola düşəcək. İlk reysdə 180, ikinci reysdə isə 130 zəvvar geri dönəcək”.

Vüsal Cahangiri deyib ki, bu günlərdə zəvvarlar Peyğəmbərin Rövzeyi-şərifini ziyarət edir və Mədinənin tarixi yerlərinin gəzintisinə çıxırlar.



Xəbəri paylaş

1160 dəfə oxunub.

Digər xəbərlər