Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan hava məkanını təxribatlardan qorumalıdır” - ŞƏRH
Tarix: 24-08-2023 | Saat: 16:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

“Azərbaycan hava məkanını təxribatlardan qorumalıdır” - ŞƏRH

“Qarabağdakı ermənilər 2020 il məğlubiyətindən və Ukraynada gedən müharibədə dron-anti-dron toqquşmasından nəticələr çıxarıb, radio-elektron mübarizə (REM) vasitələrini gücləndirirlər”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram Qarabağ separatçılarının ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq etməsindən danışarkən deyib.

“Azərbaycanın Müdafiə Nazirliyi və XİN buna rəsmi münasibət bildirib. Azərbaycan Hava Yollarının və xarici aviaşirkətlərin təyyarələri Qarabağ səmasından keçərkən erməni silahlı qruplaşmasının işlətdiyi REM vasitələrin təsirinə məruz qalır.
 

Hərbi təyyarələrdə REM-ə qarşı xüsusi əks avadanlıq olur. Mülki təyyalərdə idə belə avadanlıq olmur. Mülki təyyarə qırıcı kimi sürətli manevrlə REM təsir zonasını tərk edə bilmir.

Erməni REM vasitələrinin fəaliyəti nəticəsində Azərbaycanın hava məkanından keçən avialaynerlərdə ştatdankənar situasiyalar və qəza vəziyətləri yarana bilər”.

Hərbi icmalçının sözlərinə görə, atəşkəsin pozulması və “blokada” haqqında erməni mənbələrin son vaxtlar yaydıqları məlumatlarda onların “rabitə və internet infrastrukturunun” hədəfə alınması barədə xəbərlərə tez-tez rast gəlinir:

“Bunlardan anlaşılır ki, Azərbaycan hava əməliyatı üçün ilkin hazırlıq tədbirləri görür.

Azərbaycan öz hava məkanını əlində olan bütün vasitələrlə terrorçuların təxribatlarından qorumalıdır



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər