Saytımızı qiymətləndirin


 
 

Zaxarova: Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdləri kobudluqdur
Tarix: 01-03-2023 | Saat: 11:15
Bölmə:Karusel / Region | çapa göndər

Zaxarova: Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdləri kobudluqdur

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Cənubi Qafqazdakı vəziyyətə soxulmaq cəhdlərini kobudluq adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, Zaxarova Sputnik radiosunun efirində bildirib ki, Cənubi Qafqaz regionunda tərəflərin (Ermənistan və Azərbaycanın -red) Rusiya ilə birlikdə hazırladıqları sülh təşəbbüslərinin həyata keçiriləcəyinə hələ də ümid var.

Onun fikrincə, belə bir siyasət münaqişənin həlli üçün deyil, tam əks məqsədlərlə aparılır.

"Təəssüf ki, biz uzun illərdir ki, burada belə bir tendensiya müşahidə edirik. İndi qərblilər daha da fəallaşıblar", - deyə rusiyalı diplomat əlavə edib.

Rusiya XİN sözçüsü xatırladıb ki, Qərb tərəfdaşlarının iştirakı ilə münaqişələrin həlli ilə bağlı uğurlu nümunələr yoxdur və Qərbin təşəbbüsü ilə münaqişələrin sayı artır.

"Heç kim deyə bilməz ki, harasa kollektiv Qərbin ayağı, əli və ya düşüncəsi gəlib və ora daha yaxşı hala gəlib", - deyə Zaxarova vurğulayıb.(Apa)



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər