Saytımızı qiymətləndirin


 
 

Daha bir İran generalı Moskvada
Tarix: 22-08-2023 | Saat: 10:53
Bölmə:Karusel / Dünya | çapa göndər

Daha bir İran generalı Moskvada

 

İranın Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Rusiya Müdafiə Nazirliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya gəlib.

 

Qarabaqinfo.az "Kommersant"a istinadən xəbər verir ki, o, artıq Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukovla danışıqlar aparıb.

 

“Oleq Salyukov və İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri əməkdaşlığın artırılması barədə razılığa gəliblər. Görüş zamanı quru qoşunları arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da artırılmasına dair razılıqlar əldə olunub”, - deyə qeyd olunub.

 

Heydəri son vaxtlar Rusiyaya səfərə gələn yeganə yüksək rütbəli iranlı hərbçi deyil. Belə ki, bir həftə əvvəl İranın Moskvadakı səfirliyi öz saytında Moskva Təhlükəsizlik Konfransı və "Ordu-2023" forumuna daha bir yüksək rütbəli hərbi nümayəndə heyətinin Rusiyaya gəldiyini açıqlamışdı. Bu nümayəndə heyətinə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Əziz Nəsirzadə rəhbərlik edirdi.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər