Saytımızı qiymətləndirin


 
 

Mustafa Babanlı iranlı mütəxəssislərə görə vəzifəsindən azad edilib? –EKSPERTDƏN ŞƏRH
Tarix: 13-07-2023 | Saat: 15:38
Bölmə:Karusel / Təhsil | çapa göndər

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  ADNSU-nun rektoru Mustafa Babanlının vəzifədən azad olunmasının səbəbi ilə bağlı maraqlı versiya irəli sürüb.
Qarabaginfo.az xəbər verir ki, Osman Gündüz buna səbəb olaraq ADNSU-da fəaliyyət  göstərən SUPERKOMPÜTER Mərkəzinin fəaliyyətini göstərib.
“Məlumdur ki, son zamanlar Azərbaycan və İran arasında münasibətlər kulminasiya nöqtəsindədir.
İran açıq-aşkar Azərbaycana qarşı xoş olmayan münasibətlər sərgiləyir. Xatırlayıram ki, ADNSU-da bir xeyli öncə SUPERKOMPÜTER Mərkəzi yaradılmışdı və bu Mərkəzə, həmçinin ADNSU nəzdində olan UFAZ-a işləmək üçün İrandan və Fransadan mütəxəssislər dəvət edilmişdi. Eyni zamanda bildiyim qədər İrandan olan digər bir neçə əməkdaşın da bu Universitetə işə qəbul edilməsi və burada müəyyən problemlərin baş verməsi haqqında məlumatlar yayılmışdı. Güman etmək, düşünmək və şübhələnmək olar ki, rektorun etimadından və etibarından sui-istifadə edilməklə burada milli maraqlar əleyhinə hansısa proseslər gedib. Və bizim xüsusi xidmətlər də bundan məlumatlı olublar” -deyə ekspert vurğulayıb.
Ekspertin sözlərinə görə,  Mustafa Babanlı rektor kimi fəaliyyətə başladıqdan sonra ADNSU-da müsbət istiqamətdə bir çox dəyişikliklər olmuşdu. Əvvəllər bu universitetdə mövcud olan bir çox neqativlərin onun tərəfindən aradan qaldırıldığı bildirilirdi. Bir neçə gün öncə də ADNSU beynəlxalq reytinq siyahılarına daxil ola bilmişdi.
O.Gündüz Universitetin Məzun Günündə tələbələr tərəfindən “vorovskoy mahnı” səsləndirilməsinə görə, rektorun azad olunması barədə versiya ilə razı olmadığını bildirib. “Düşünmürəm ki, belə bir xoşagəlməz məsələ bir Universitet rektorunun vəzifədən azad edilməsi üçün ciddi əsaslar yaratsın”.
O.Gündüz bildirib ki, xarici mütəxəssislərin rektorun etibarından və etimadından sui-istifadə etməsi və milli maraqlarımız əleyhinə fəaliyyəti, qısası “İran xətti” Mustafa Babanlının vəzifəsindən azad edilməsinə rol oynaya bilərdi.
Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı tutduğu vəzifədən azad edilib.


Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər