Saytımızı qiymətləndirin


 
 

Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu mövzularda RAZILAŞDI
Tarix: 18-02-2025 | Saat: 16:40
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu mövzularda RAZILAŞDI

Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqlar yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini bildirib.

Uşakov tərəflərin gələcəkdə bir-birinin maraqlarını nəzərə almağa razılaşdıqlarını deyib.

O qeyd edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir, lakin onun gələn həftə baş tutacağı ehtimalı azdır:

"Rusiya və ABŞ-dan ibarət ayrı-ayrı danışıqlar qrupları vaxtında Ukrayna ilə bağlı təmaslara başlayacaq. Ukrayna ilə bağlı ABŞ-la təmasların nə vaxt başlayacağına Rusiya prezidenti özü qərar verəcək".

Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi nümayəndə Stiv Vitkoff daxildir.

“Bloomberg” agentliyi yazıb ki, Ər-Riyadda aparılan danışıqlar iki liderin sammitinin ən tezi gələn həftə keçirilməsinə gətirib çıxara bilər.



Xəbəri paylaş

67 dəfə oxunub.

Digər xəbərlər