Saytımızı qiymətləndirin


 
 

“Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçir
Tarix: 02-08-2023 | Saat: 12:03
Bölmə:Karusel | çapa göndər

koroglu-stansiyasi-guclendirilmis-is-rejimine-kecir

Bu gün “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar Bakı metropoliteninin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Bakı Metropoliteni” QSC-dən Qarabaginfo.az-a verilən məlumata görə, müvafiq əməliyyat planına uyğun olaraq, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.

“Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq.

Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Həmçinin, zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq”, - məlumatda bildirilib.



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər