Saytımızı qiymətləndirin


 
 

XİN Azərbaycan vətəndaşının Rusiyada təyyarə qəzasında həlak olduğunu təsdiqləyib
Tarix: 12-02-2018 | Saat: 11:32
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Bu, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğludur

"Xarici İşlər , Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması ilə bağlı məsələni araşdırıb".

"Qarabaginfo" xəbər verir ki, bunu "Report.az"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

"Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadırlar", - XİN rəsmisi vurğulayıb. 



Xəbəri paylaş

646 dəfə oxunub.

Digər xəbərlər
6-07-2023, 16:25 Prezident onu təltif etdi