Saytımızı qiymətləndirin


 
 

Ana həbsdəki oğluna blinçikin içində heroin apardı
Tarix: 26-07-2023 | Saat: 15:58
Bölmə:Karusel | çapa göndər

Ana həbsdəki oğluna blinçikin içində heroin apardı

 


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar xdmətinin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

Xidmətdən Qarabaginfo.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası Mehparə Həsənqulu qızı Əkbərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan narkotik maddə - heroin aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır. 



Xəbəri paylaş

73 dəfə oxunub.

Digər xəbərlər