Saytımızı qiymətləndirin


 
 

Dövlət Departamentindən nazirlərin görüşü barədə AÇIQLAMA
Tarix: 29-06-2023 | Saat: 11:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dövlət Departamentindən nazirlərin görüşü barədə AÇIQLAMA

 

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları bu gün və sabah planlaşdırıldığı üzrə davam edəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

 

O qeyd edib, ABŞ tərəflər arasında vasitəçilik etməkdən məmnundur.

 

"Birbaşa dialoq problemlərin həlli və bölgədə davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ bu məqsədə çatmaqda tərəflərə yardım etməyə sadiqdir və dövlət katibi Antoni Blinken sülh prosesində birbaşa iştirak edir. Bildiyiniz kimi, dünən ABŞ dövlət katibi A.Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə həm ikitərəfli, həm də üçtərəfli şəkildə görüşmək imkanı olub. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz müzakirələri bu gün və sabah davam etdirəcəyik. Cədvəldə heç bir dəyişiklik olmayacaq", - Patel vurğulayıb.

 

Dövlət Departamentin mətbuat katibi Metyu Miller isə tviter hesabında yazıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün tərəflərə kömək öhdəliyi götürür.



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər