Saytımızı qiymətləndirin


 
 

600 nəfərlik kənd ayrılmaq üçün referendum keçirəcək - ABŞ-yə qoşulmaq istəyirlər
Tarix: 21-09-2026 | Saat: 23:26
Bölmə:Karusel / Siyasət | çapa göndər

600-neferlik-kend-ayrilmaq-ucun-referendum-kecirecek

İngiltərənin cənubundakı Saffolk qraflığında yerləşən Barnem kəndi Böyük Britaniyanın tərkibindən çıxmaq üçün referendum keçirmək niyyətindədir.

Qarabaginfo.az “The Independent” nəşrinə istinadla xəbər verir ki, yerli əhalinin bu təşəbbüsünə hakimiyyətin keçmiş “MoD Barnham” hərbi bazasında qaçqınları yerləşdirmək planları səbəb olub.

Kənd şurasının sədri Con Buer bildirib ki, danışdığı yerli sakinlərdən heç biri miqrantların bura yerləşdirilməsi ideyasını dəstəkləmir.

Əhalisi təxminən 600 nəfər olan Barnem kəndi keçən həftə Böyük Britaniyadan müstəqillik haqqında qeyri-rəsmi referendum keçirən Oksfordşirdəki Piddinqton kəndinin nümunəsini təkrar edə bilər.

Sentyabrın 20-də Piddinqton kənd şurasının sədri Tim Maknelli bəyan edib ki, Britaniyadan ayrılmağa səs verən kənd sakinləri rəsmi olaraq ABŞ Prezidenti Donald Trampa müraciət edərək Birləşmiş Ştatlara qoşulmaq istəyirlər. O vurğulayıb ki, bu müraciət hakimiyyətin yaşayış məntəqəsinin kənarında 1250 qaçqını yerləşdirmək planı reallaşacağı təqdirdə göndəriləcək.

Xatırladaq ki, bir qədər əvvəl politoloqlar yaxın illərdə Böyük Britaniyanın parçalanacağını proqnozlaşdırmışdılar.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər