Saytımızı qiymətləndirin


 
 

Sabahın havası - Leysan, dolu, qar..
Tarix: 11-09-2023 | Saat: 13:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabahın havası - Leysan, dolu, qar..

 

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər
16-06-2022, 12:58 Sabahın hava proqnozu
18-08-2022, 10:31 Vatsapdan daha bir yenilik