Saytımızı qiymətləndirin


 
 

BP-yə yeni baş direktor TƏYİN OLUNDU
Tarix: 17-01-2024 | Saat: 15:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

BP-yə yeni baş direktor TƏYİN OLUNDU

Böyük Britaniyanın neft-qaz şirkəti BP ötən ilin sentyabr ayından icraçı direktor vəzifəsini icra edən Murray Okinklossun şirkətin yeni baş direktoru təyin edildiyini açıqlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, 2020-ci ildən neft və qaz şirkətinə rəhbərlik edən Bernard Luni istefaya getməyə məcbur olduqdan sonra cənab Okinkloss BP-nin baş icraçı direktoru vəzifəsinə keçib.

 

2022-ci ildə həmkarları ilə münasibətləri ilə bağlı cənab Luniyə qarşı araşdırma başladılıb. Həmin vaxt şirkət kodeksinin pozulması faktı aşkar edilməyib. Lakin sonradan məlum olub ki, cənab Luni işçilərlə keçmiş münasibətlərin bəzi təfərrüatlarını gizlədib.

 

Hansı pozuntuların müzakirə olunduğu açıqlanmayıb. Dekabr ayında direktorlar şurası indiki keçmiş baş direktoru 32,4 milyon funt sterlinq ödəmədən məhrum etmək qərarına gəlib.



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər