Saytımızı qiymətləndirin


 
 

“Zəlzələ qurbanlarımıza qızlarının cehizini bağışlayan insanlara minnətdarıq” - Ərdoğan
Tarix: 15-06-2023 | Saat: 12:13
Bölmə:Karusel / Region | çapa göndər

“Zəlzələ qurbanlarımıza qızlarının cehizini bağışlayan insanlara minnətdarıq” - Ərdoğan

“Zəlzələ qurbanlarımıza qızlarının cehizini bağışlayan, bizimlə birlikdə sevinib ağlayan o mərhəmətli insanları həmişə minnətdarlıqla xatırlayacağıq. İlham qardaşımızın mənəvi dəstəyi ürəyimizin başındadır. Biz Azərbaycana səfəri minnətdarlıq ifadəsi kimi qiymətləndiririk”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin toplantısından sonra çıxışı zamanı deyib.

O bildirib ki, can Azərbaycanla əlaqələri iqtisadi və siyasi inteqrasiyanın institusional modelinə çevirmək üçün daha çox çalışacaqlar: “İkitərəfli əlaqələrimizi hər sahədə inkişaf etdirəcək bir çox mühüm qərarlar qəbul etmişik. Biz iki lider olaraq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Biz regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı güclü gözləntilərimizi bir daha təsdiqlədik”. (olke.az) 



Xəbəri paylaş

1164 dəfə oxunub.

Digər xəbərlər
13-12-2023, 13:29 Sabah Bakıya qar YAĞACAQ