Saytımızı qiymətləndirin


 
 

Aleksey Baqa: "Mövqeyimizə baxsaq, bu barədə danışmaq yersiz olar"
Tarix: 15-05-2022 | Saat: 20:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

"İki gün öncə "Qarabağ"la matçda ağır məğlubiyyət almışdıq. Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir. Görüşün sonları o qədər yaxşı olmadı. Çünki 3 xala layiq idik. Amma yekun belə alındı".

Qarabaginfo.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəssis komandanın sükanı arxasına keçdikdən sonra ən yaxşı oyunlarını göstərdiklərini bildirib: "Bunu paltardəyişmə otağında futbolçulara da dedim. Rəqib kifayət qədər ciddi komandadır. Avrokuboklar və yuxarı yerlər uğrunda mübarizə aparırdı. Xırda problemlərə baxmayaraq, komandam ən yaxşı sözlərə layiqidr. Turnir cədvəlindəki vəziyyətimiz bəllidir. Mövqeyimizə baxsaq, nəyin yaxşı, nəyin pis olması barədə danışmaq yersiz olar".



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər