Şahramanyan İrəvanda tanınmış hüquqşünas tərəfindən məhkəməyə verildi...
Tarix: 20-12-2023 | Saat: 14:07
Bölmə:Karusel / Region | çapa göndər
1176 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-12-2023 | Saat: 14:07
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəliyinin keçmiş eksperti, hüquqşünas İqor Mirzəxanyan gorbagor(!) edilmiş separatçı-terrorçu rejimin sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyanı məhkəməyə verib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda “Johovurd” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, erməni hüquqşünas Şahramanyanın “artsax” “hökumət”inin ləğvi ilə bağlı 28 sentyabr tarixli fərmanının etibarsız sayılması tələbi ilə Ermənistan İnzibati Məhkəməsinə müraciət edib.
Ermənistanın AİHM-dəki nümayəndəliyinin mətbuat katibi Hasmik Samvelyan “Armenia Today”-ə bildirib ki, “Mirzəxanyan uzun müddətdir ki, onların əməkdaşı olmadığı üçün” iddia ilə bağlı məlumatı yoxdur.
Xatırladılır ki, Qarabağdakı qondarma separatçı “hakimiyyət” sentyabrın 20-də Azərbaycanın 19 sentyabr hücumundan sonra Rusiya “sülhməramlı”larının atəşkəs və “müdafiə ordusu”nun ləğvi və tam tərksilah edilməsi təklifini qəbul edib.
Sentyabrın 28-də isə “prezident” S.Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün qondarma “dövlət” qurumlarının və təşkilatlarının ləğvi haqqında fərman imzalayıb və həmin tarixdən üzdəniraq rejim mövcudluğunu dayandıracaq...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
31-01-2022, 16:44
Həkimin çantasından 600 manat oğurladı - Video
21-12-2017, 10:03
Bakıda “İslam Həmrəyliyi İli” konfransı - Əliyev də iştirak edir
13-12-2021, 12:04
Azərbaycan erməni hakerlərə görə beynəlxalq təşkilatlara müraciət edib
31-03-2022, 17:44
Rusiya qazı rublla satacaq - Putin fərman İMZALADI
7-07-2025, 16:53
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib
10-01-2022, 18:45
Stomatoloji məntəqədə narkotik istifadə edən diş texnikləri saxlanıldı
10-04-2022, 10:48
DİM: Aralarında əcnəbi də olmaqla 7 nəfər TOEFL iBT imtahanı verib
12-04-2024, 10:39
Xankədidə silah-sursat aşkar olunub

















