Saytımızı qiymətləndirin


 
 

Selçuk Bayraktarın atası vəfat etdi
Tarix: 18-10-2021 | Saat: 14:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktara ağır itki üz verib.

 

Qarabaginfo.az xəbər verir ki, Selçuk Bayraktarın atası Özdemir Bayraktar 72 yaşında vəfat edib. 

 

Bu barədə şirkət məlumat yayıb. Türkiyə KİV-nin verdiyi məlumata görə, Özdemir Bayraktar sabah Fatih məscidində təşkil olunacaq yas mərasimindən sonra İstanbulda dəfn olunacaq.

 

Qeyd edək ki, Özdemir Bayraktar “Baykar Teknoloji” şirkətinin İdarə heyətinin sədri idi. 

 

Özdemir Bayraktar “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” dronlarının Qarabağın işğaldan azad olunmasına verdiyi dəstək səbəbilə 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif edilib. Bununla yanaşı, Prezident İlham Əliyev Selçuk Bayraktar və qardaşı “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktarı da “Qarabağ” ordeni ilə təltif edib.

 

  




Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70