Saytımızı qiymətləndirin


 
 

FTB Kremldən olan "qaçaq"lara qucaq açıb və onları SMS-lərlə tələyə salır...
Tarix: 29-08-2022 | Saat: 17:39
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

FTB Kremldən olan
"FTB fəal surətdə Ukraynaya hərbi müdaxilədən narazı olan Rusiya diplomatik missiyası üzvlərini öz tərəfinə cəlb etməyə cəhdlər edir..."
"FTB-yə ictimaiyyət tərəfindən təqdim edilən məlumat təhlükələrə qarşı ən səmərəli mübarizə üsuludur..."
 
"Rusiya prezidentinin motivlərini anlamaq Vaşinqton və Londonun əldə etmək istədiyi "qızıl xəzinə" olardı..."
 
FTB-nin Nyu-York bölməsinin rəhbəri Maykl Driskol əmin edib ki, Rusiyanın Kremlin siyasətindən narazı olan yüksək vəzifəli məmurları tezliklə Qərb kəşfiyyatı ilə əməkdaşlığa başlayacaq və Rusiya prezidenti Vladimir Putinin gerçəkdən nə düşündüyü və nə etmək istədiyi barədə məlumat ötürəcək.
 
Qarabaginfo.az  xəbər verir ki, bu barədə Driskol Britaniyanın "Daily Telegraph" qəzetinə verdiyi müsahibəsində danışıb.
 
Şəxsən FTB-nin direktoru Kristofer Vreyin vəzifəyə təyin etdiyi Driskol rusiualı "qaçaqlar"ın peyda olmasının mümkünlüyünü açıq şəkildə müzakirə edən Qərb təhlükəsizlik orqanlarının ən təsirli nümayəndələrindən birinə çevrilib.
 
"Ciddi münaqişədən söhbət gedəndə, Rusiya hökuməti ilə vətəndaşları arasında dəqiq ixtilafların olduğu zaman, Rusiya küçələrində etirazları gördükdə, böyük ehtimal yaranır ki, kimsə bizimlə hər şey barədə danışmaq istəyəcək və ümumi rifah naminə düzgün davranmağa cəhd edəcək", - Driskol jurnalist Riçard Kerbacla söhbəti zamanı deyib.
 
"Tarix sübut edib ki, belə şeylər həmişə baş verir. Bu, həm bizim, həm də rusiyalıların başına gəlib", - Driskol əlavə edib.
 
Onun sözlərinə görə, Rusiyanın bəzi məmurları artıq hakimiyyətin təsirindən çıxıb xaricə qaçıb. O cümlədən bunu Kremlin beynəlxalq təşkilatlarla münasibətlər üzrə xüsusi nümayəndəsi Anatoli Çubays edib.
 
Qəzet yazır ki, FTB fəal surətdə Ukraynaya hərbi müdaxilədən narazı olan Rusiyanın diplomatik missiyasının üzvlərini öz tərəfinə cəlb etməyə cəhd edir.
 
Bunun üçün Rusiyanın Vaşinqtondakı səfirliyinin ətraf rayonunda mobil telefonlara rus dilində bu məzmunda reklam göndərilir:
 
"FTB-yə ictimaiyyət tərəfindən təqdim edilən məlumat təhlükələrə qarşı ən səmərəli mübarizə üsüludur. Sizdə FTB-yə yardım edəcək belə məlumat varsa, zəhmət olmasa, bizimlə əlaqə saxlayın".
 
Nəşr qeyd edir ki, belə məlumatların məqsədi rusiyalıların Ukraynaya hərbi müdaxilədən narazılığından istifadə etməkdir.
 
Əkskəşfiyyat ekspertləri əmin edib ki, əgər Amerika kəşfiyyat idarəsi yeni agentləri öz tərəfinə cəlb etməyə müvəffəq olubsa, bu, böyük imkanlar yaradacaq.
 
Belə ki, son onillikdə milli təhlükəsizlik üzrə müşavir və Böyük Britaniyanın ABŞ-dakı səfiri işləmiş, deməli, Britaniya sirlərinə çıxışı olan lord Kim Darrok bəyan edib ki, Rusiya prezidentinin motivlərini anlamaq Vaşinqton və Londonun əldə etmək istədiyi "qızıl xəzinə" ola bilərdi.
 
"Kimsə bizə Putin və onun ən yaxın ətrafının bir-birilə nədən danışması, Putinin orduya hansı əmrləri verməsi və ya başqa qiymətli insayder məlumatı verərsə, bu, gerçək qızıl demək olacaq. Belə məlumatları əldə edə biləcəyimizdən Moskvada, birbaşa qərarların qəbul edildiyi mərkəzdə bizim mənbəmizin olacağı asılıdır. Keçmişdə bizim belə adamlarınız olub", - Darrok qeyd edib.(Moderator.az)


Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər