"Kreml əhalini gələcək səfərbərlik dalğasına hazırlayır" - ISW
Tarix: 07-12-2022 | Saat: 15:02
Bölmə:Karusel / Region | çapa göndər
1184 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-12-2022 | Saat: 15:02
Bölmə:Karusel / Region | çapa göndər

"Rusiya ordusuna nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmən müharibə elan edilməsi kömək etməyəcək..."
"Kreml USQ-nin Rusiyanın sərhəd vilayətlərinə mümkün hücumu barədə saxta fikirlərlə rusiyalılar arasında təlaş yaratmağa cəhd edir..."
"Kreml səfərbərlik elan edərsə, özünə etimadı daha da sarsıdacaq..."
Rusiya hakimiyyəti tədricən ölkə əhalisini növbəti səfərbərlik dalğasının elan edilməsinə hazırlayır və bunun üçün müvafiq informasiya fonu yaradır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) dekabrın 6-da yaydığı hesabatda deyilir.
Kreml rusiyalılar arasında təlaş əhval-ruhiyyəsi yaratmağa cəhd edərək, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın sərhədyanı vilayətlərinə mümkün hücumu barədə saxta nəzəriyyələr irəli sürür.
Rusiyanın Belqorod və Kursk vilayətlərində ərazi müdafiə dəstələrinin formalaşdırılması təlaş əhval-ruhiyyə yaratmaq və rusiyalıların "döyüş ruhunu gücləndirmək" cəhdlərinin sübutudur.(Moderator.az)
Yerli əhali arasında Rusiyanın sərhəd rayonlarına Ukraynanın yerüstü hücumu kimi cəfəng ideya ilə qorxu hissi yaradılır. Kreml təbliğatçıları həmçinin oxşar həqiqətə uyğun olmayan nəzəriyyələr irəli sürür.
Hakimiyyətin yeni informasiya taktikası, o cümlədən Moskva şəhərində yaxşı sezilir. Orada yerli məmurlar şəhər boyunca "xüsisi əməliyyat"ın reklamını yayır, əvvəllər bunu 2022-ci ildə yalnız ucqar şəhər və qəsəbələrdə könüllülərin cəlb edilməsi üzrə kampaniyası zamanı müşahidə etmək olardı.
"Bu informasiya səyləri, ehtimal ki, Rusiya əhalisini, könüllülərin cəlb edilməsi haqqında elanlara reaksiyanın zəif olmasını nəzərə alaraq, əlavə səfərbərliyin zəruriliyinə inandırmaq üçün kifayət deyil.
Kreml səfərbərlik elan edərsə, özünə etimadı daha da sarsıtmağa risk edir. Rusiya hakimiyyəti ordunun formalaşdırılması tələbatlarını və Rusiyanın informasiya məkanı üzərində nəzarəti balanslaşdırmağa cəhd edərkən ciddi problemlərlə üzləşir", - analitiklər hesab edir.
Nəzərə alsaq ki, Rusiya müdafiə nazirliyi eyni zamanda dinc dövrdə iki illik çağırış ərzində yalnız təxminən 130 min nəfərə təlim keçə bilər, ekspertlər bu nəticəyə gəlib ki, Rusiya ordusuna nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmən müharibə elan edilməsi kömək etməyəcək.
Xəbəri paylaş
Digər xəbərlər
24-12-2021, 21:19
Prezident və ailəsinin Hadruta səfəri - Fotolarda
16-05-2024, 22:08
Rusiya Britaniyanın hərbi attaşesini ölkədən çıxarır
16-09-2021, 12:25
Putin Ermənistana səfər edəcək
31-05-2021, 11:53
“Ermənistana çox sayda azərbaycanlılar səfər edir” - Paşinyan
6-10-2024, 21:37
Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb
10-09-2025, 23:07
Fransada 80 min polis səfərbər oldu: 200 həbs var
15-10-2024, 17:24
Bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq
6-12-2022, 15:33
Ərdoğandan Araz sahilində təlimlə bağlı möhtəşəm mesaj
21-05-2025, 17:38
201 nömrəli məktəbdə direktorun müəllimi təhdid etdiyi iddia olunan səs yazısı ilə bağlı araşdırma başlanılıb



















