Saytımızı qiymətləndirin


 
 

Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb
Tarix: 19-11-2025 | Saat: 09:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Voronejə ABŞ istehsalı olan dörd raket atıb

Ukrayna Silahlı Qüvvələri Voronej vilayətinə 4 ədəd uzaqmənzilli ATACMS raketi ilə zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu il yanvar ayından bəri ilk dəfə olaraq Ukrayna ordusu Voronej vilayətinə raket hücumu həyata keçirib – dünən bölgəyə ABŞ istehsalı olan 4 ədəd uzaqmənzilli ATACMS raketi buraxılıb.

Rusiya tərəfi bütün hədəfləri vurmağa müvəffəq olub.

Hücum nəticəsində xəsarət alan olmayıb. Lakin məhv edilmiş raketlərin düşən qalıqları Voronej vilayət Gerontologiya Mərkəzinin, uşaq evinin və bir fərdi yaşayış evinin damlarına ziyan vurub.

Rusiya hərbçiləri kəşfiyyat apararaq raketlərin buraxıldığı rayonun Xarkov vilayətində yerləşdiyini müəyyən edib buraxılış nöqtələrinə cavab zərbələri endiriblər.



Xəbəri paylaş

14 dəfə oxunub.

Digər xəbərlər
23-11-2020, 14:10 Sabahın hava proqnozu


Dünən, 10:03Ronaldo Ağ Evdə