Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev birinci oldu
Tarix: 21-12-2017 | Saat: 10:01
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev birinci oldu

 

 

 

 

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkədə mövcud ictimai-siyasi durumun qiymətləndirilməsinə dair ekspress rəy sorğusunun nəticələrini təqdim edib.

“Qarabaginfo” Azərtac-a istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, respondentlərin 92,8 faizi Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndiriblər. Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyən respondentlər isə 91,4 faiz təşkil edib. Dövlət başçısının daxili siyasətini isə respondentlərin 84,7 faizi dəstəkləyib.

Ekspress rəy sorğusu ölkənin 68 rayonunda 4560 nəfər arasında keçirilib.

Rəyi soruşulanların 62,9 faizi Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndirib.

Sorğuda respondentlərə “Gələn həftə prezident seçkiləri keçiriləcəyi halda kimə səs verərdiniz” sualı verilib. Respondentlərin 85,2 faizi İlham Əliyevə səs verəcəyini qeyd edib.

 

 



Xəbəri paylaş

601 dəfə oxunub.

Digər xəbərlər