Saytımızı qiymətləndirin


 
 

Milli Qəhrəmana ağır itki üz verdi
Tarix: 11-12-2023 | Saat: 14:40
Bölmə:Karusel / Sosial | çapa göndər

Milli Qəhrəmana ağır itki üz verdi

 

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyevə ağır itki üz verib.

Bu barədə Qarabaginfo.az-a Milli Qəhrəmanın yaxınları bildiriblər.

Cəbrayıl rayonunun Niyazqulular kənd sakini olan Milli Qəhrəman anası Çiçək Hüseynxan qızı Surxayeva dünyasını dəyişib.
 

Vahid Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1974-76-cı illərdə Sovet Ordusunda xidmət edib. 1976-81-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə təhsil alıb. Əvvəlcə müəllim işləyib, daha sonra hərbi zavodda çalışıb.
Vahid Quliyev 1992-ci ilin avqust ayında könüllü olaraq zabit kimi döyüş xəttinə yollanıb. O, Ağdam istiqamətindən döyüşə girib. Daha sonra onu Qubadlı cəbhəsinə göndəriblər. Döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb.
V.Quliyev döyüşlərə başlayandan atəşkəs elan olunana (1994) kimi təkbaşına ermənilərin 10 tankını məhv edib.

Prezidentin 9 oktyabr 1994-cü il 218 saylı fərmanı ilə göstərdiyi şücaətlərə görə, Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində, daha sonra  Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyib.


Polkovnik-leytenant Vahid Quliyev hazırda təqaüddədir. O, hazırda həyatda olan 15 Milli Qəhrəmandan biridir.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər