Saytımızı qiymətləndirin


 
 

Ramiz Novruzun vəfatının birinci ili:
Tarix: 21-02-2024 | Saat: 14:22
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Ramiz Novruzun vəfatının birinci ili: 

Xalq artisti Ramiz Novruz vəfatından bir il ötür. Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən il fevralın 21-də 67 yaşında dünyasını dəyişib. 

 

Qarabaqinfo.az vəfatının birinci ilində Ramiz Novruzun oğlu Cavidan Novruzla əlaqə saxlayıb:

 

“Mən atamsız bu ili keçmiş saymıram. Mənim üçün sanki hər şey dünən olub. O qədər qısa zamanda oldu ki, hər şey. Elə bir arxa dayaq, elə bir insanı itirdim ki, bu travma məndə uzun illər qalacaq. Bunu məcazi mənada demirəm, bu bir il ərzində bir gün belə mənim yadımdan çıxmayıb. Həftədə bir, elə olur iki dəfə qəbirüstünə gedib ziyarət edirəm. Mənim üçün çox ağırdır. Bu gün mənim üçün daha da çətin olan odur ki, biz eyni teatrda işləyirdik. Otağımız da eyni idi. Bərabər tamaşalarda oynayırdıq. Məhz buna görə hiss etdiklərimi indi izah etmək mənim üçün çətindir. Ata itkisi gərək kiminsə başına gəlsin ki, nə olduğunu anlasın. Mənim üçün çox ağırdır”.

 

Aktyor Cavidan Novruz qeyd edib ki, atası Ramiz Novruzun adının əbədiləşdirilməsi üçün ailəsi ilə birlikdə addımlar atacaqlar:

 

“Adının əbədiləşdirilməsi üçün yüksək səviyyədə tək başına nəsə etmək çətindir. Amma atamın  adını əbədiləşdirmək üçün bir övladın əlindən gələcək nə varsa, onu etməyə cəhd etmişəm.  Bir il ərzində onun xatirələrini bölüşmüşəm, onunla bağlı  proqramlarda iştirak etmişəm. Sabah ilidir.  İlindən sonra düşündüyüm bəzi şeylər var ki, onlar həyata keçirməyə başlayacam.  Tək mən yox ailə üzvlərimiz, bacım da bu işdə iştirak edəcəklər”. 


Qeyd edək ki, Ramiz Novruzov 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. O, teatr sənətindəki xidmətlərinə görə  1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.



Xəbəri paylaş

1579 dəfə oxunub.

Digər xəbərlər