Saytımızı qiymətləndirin


 
 

Pirəkəşküldə partlayış səsləri eşidiləcək– Nazirlikdən əhaliyə müraciət
Tarix: 02-06-2025 | Saat: 15:06
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

partlayış
partlayış

Pirəkəşkül qəsəbəsi yaxınlığında partlayış səsləri eşidiləcək. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istismar müddəti bitmiş və artıq istifadəyə yararsız hesab olunan döyüş sursatları 2–5 iyun tarixlərində Pirəkəşkül ərazisindəki poliqonda məhv ediləcək.

Proses təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə həyata keçiriləcək. Nazirlik əhalini partlayış səsləri ilə bağlı təşvişə düşməməyə çağırıb:

“Narahatlığa heç bir əsas yoxdur. Əhalidən xahiş olunur ki, səslərə görə təşviş yaratmasın və vəziyyəti anlayışla qarşılasın”.

Qeyd edək ki, Müdafiə Nazirliyi bu cür tədbirləri mütəmadi olaraq həyata keçirir və məqsəd istifadəyə yararsız silah və sursatların təhlükəsiz şəkildə zərərsizləşdirilməsidir.



Xəbəri paylaş

78 dəfə oxunub.

Digər xəbərlər