Tarix: 07-02-2022 | Saat: 18:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən il məhkəmə və hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertizaların sayı 25 faizdən çox artıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Məhkəmə Ekspertizası Mərkəzinin rəis əvəzi Rahim Rəhimov məlumat verib.
Onun sözlərinə görə, ekspertizaların 50%-ə qədəri daxili işlər orqanları, 33%-i məhkəmələr, 8%-i prokurorluq, qalanı isə digər qurumlar tərəfindən təyin edilib.
Qeyd olunub ki, keçirilən ekspertizaların 24%-i cinayət, 31%-i mülki, kommersiya və digər qeyri-cinayət işləri, habelə 45%-i isə istintaqa qədər materiallarla bağlı olub. Ümumilikdə 41 ekspertiza ixtisası, o cümlədən ballistik, trasoloji, narkotik vasitələr, yol-hərəkət hadisələri, tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq və başqa növlər üzrə 38 mindən çox işə baxılıb, ekspertlər tərəfindən 1 milyondan çox tədqiqat obyekti araşdırılaraq qoyulan sualların 97%-nin həllinə nail olunub.
Digər xəbərlər