Saytımızı qiymətləndirin


 
 

Donbasdan Rusiyaya təxliyə edilənlərin yeni sayı açıqlandı
Tarix: 21-02-2022 | Saat: 11:38
Bölmə:Karusel / Dünya | çapa göndər

Donbasdan Rusiyaya təxliyə edilənlərin yeni sayı açıqlandı

Qondarma Donetsk və Luqansk Xalq Respublikalarından 61 mindən çox qaçqın Rusiyaya gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyan açıqlayıb.

Onun sözlərinə görə, minə yaxın qaçqın 10 min rubl birdəfəlik ödəmə əldə edib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda Donbas bölgəsindən 53 mindən çox sakinin təxliyə edildiyi qeyd olunub. Bildirilir ki, fevralın 17-si Donbasda təmas xəttində vəziyyət gərginləşib. Donetsk və Luqansk Xalq Respublikaları Ukrayna Silahlı Qüvvələri tərəfindən atəş açıldığını iddia edirlər. Kiyev isə öz növbəsində, öz mövqelərinin atəşə tutulduğunu açıqlayıb. Hər iki respublika ümumu səfərbərlik elan edib və sakinlərini Rusiya ərazisinə təxliyə etməyə başlayıb. 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.



Xəbəri paylaş

287 dəfə oxunub.

Digər xəbərlər
10-03-2022, 12:51 Bakıya sulu qar yağacaq