Saytımızı qiymətləndirin


 
 

Zadornovun 1988-də ermənilər haqda yazdıqları...
Tarix: 29-01-2022 | Saat: 23:28
Bölmə:Karusel / Region | çapa göndər

Sosial şəbəkələrdə rusiyalı yazıçı-satirik Mixail Zadornovun 1988-ci ildə yenicə başlayan Dağlıq Qarabağ konflikti ilə bağlı “Teatr” jurnalında yayımlanan məqaləsi yenidən gündəmə gəlib.

Qarabaginfo.az Axar.az-a istinadən xəbər verir ki, yazar məqaləsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQVM) erməni dilində dərsliklərin az çap olunması ilə bağlı hay-küyü, Azərbaycanın ittiham edilməsini başa düşmür:

"Axı bu kitablar Ermənistanda dərc edilir...

Mən başa düşə bilmirəm ki, SSRİ Dövlət Plan Komitəsinin sədr müavini, milliyyətcə erməni olan Stepan Sitaryan DQMV-də Mədəniyyət Evinin tikintisini niyə rədd etdi, amma indi Mədəniyyət Evinin olmamasına görə Azərbaycanı günahlandırırlar;

Anlamıram, niyə erməni xalqının mədəniyyət abidələrinin bərpasından söhbət gedir, amma onlar alban məbədlərini bərpa etməyə hazırlaşırlar;

Başa düşmürəm, Ermənistanın bir dənə də olsun gəmisi yoxdursa, “dənizdən dənizə” ideyası nəyə lazımdır?

Mən heç anlamıram ki, geoloq Suren Ayvazyan niyə daşlardakı ərəb yazılarını ermənicə oxuyur;

Mən başa düşə bilmirəm, tarixçi Aruşanyana niyə erməni tarixinin 4 cildini yazmağı tövsiyə ediblər - əgər biz 1-ci və 2-ci cildlərlə bunu başa düşə bilmiriksə? Tarixçi Meşaninov deyirdi ki, erməni tarixi öz qədimliyini tarixin özünə yox, tarixçilərə borcludur".



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər